“Qadın və gənc sahibkarlara dəstək” layihəsinin qalibləri müəyyənləşib

Sahibkarlığın İnkişafı Fondu tərəfindən qadın və gənc sahibkarlara aid bizneslərin maliyyələşdirilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən “Qadın və gənc sahibkarlara dəstək” müsabiqəsinə yekun vurulub, qaliblər mükafatlandırılıb. Ümumilikdə, müsabiqəyə müvəkkil kredit təşkilatlarının 54 nümayəndəsi 64 layihə təqdim edib.

Təqdim olunmuş layihələrin sayı eyni (hər biri 3 layihə) olduğu üçün qaliblərin statusunu müəyyənləşdirəcək meyar kimi layihəyə ayrılacaq vəsaitlərin toplam məbləği əsas götürülüb. Müsabiqə komissiyasının qərarına əsasən, 1-ci yerə 3 layihə  ilə (37 000 manat) “Aqrarkredit” QSC BOKT-un nümayəndəsi Elşən Əsgərov, 2-ci yerə 3 layihə ilə (34 000 manat) “Bank Respublika” ASC-nin nümayəndəsi Əbülfəz Rüstəmov, 3-cü yerə 3 layihə ilə (15 000 manat)  “Finoko” BOKT ASC-nin təmsilçisi Böyükağa Məmmədov layiq görülüb.

Qaliblər diplom və pul mükafatları ilə təltif edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı