Qadınlar arasında sahibkarlıq fəaliyyəti təşviq edilir

Avropa İttifaqının “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunmuş təlimçilər təlimini uğurla başa vuran Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ölkə regionlarında qadınlar üçün təlimlər keçirib.

Fevral ayı ərzində Quba, Xaçmaz, Mingəçevir və Gəncədə təşkil olunmuş təlimlərdə sahibkarlıq fəaliyyəyinə maraq göstərən qadınlar iştirak edib. “Sahibkarlıq və biznesə başlama” mövzusunda keçirilən təlimlərdə KOB subyektlərinin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirci materiallar da paylanılıb.

Qeyd edək ki, KOBİA Avropa İttifaqının 2019-2021-ci illəri əhatə edən “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihəsinin benefisiarlarındandır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı