Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” məntəqəsində artıq 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib - BBN

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” məntəqəsində artıq 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” – Reabilitasiya Məntəqəsində bölgə sakinlərinə ambulator reabilitasiya xidmətləri davam etdirilir.

BBN.az bu barədə Dost agentliyinin paylaşdığı məlumata əsasən xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Məntəqədə əlilliyi olan şəxslər ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri, habelə ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunur.

Ötən il dekabrın 1-dən fəaliyyətə başlayan Məntəqədə əlilliyi olan 300-dək şəxsə xidmətlər göstərilib.

Yaradılacaq digər regional DOST mərkəzlərində də “RehaPoint” Məntəqələri qurulacaq.

Related posts

Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı