Qarabağ Regional DOST Mərkəzinin ilk “Könüllü DOST” məzunlarına sertifikatlar təqdim olunub

Qarabağ Regional DOST Mərkəzində 2 aylıq könüllülük fəaliyyətini uğurla başa vuran ilk “Könüllü DOST” proqramı məzunlarına sertifikatlar təqdim olunub.

Bu münasibətlə keçirilən məzun günündə Qarabağ Regional DOST Mərkəzinin direktoru Vasif Qəribov könüllüləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, “Könüllü DOST” proqramının məqsədi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunmasıdır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir.

Sonda “Könüllü DOST” proqramının 22 nəfər məzununa sertifikatlar təqdim edilib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı