2025-ci il avqustun 1-nə Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 95,835 milyon manat təşkil edib. Bu göstərici bir ay əvvələ nisbətən 2,7 milyon manat və ya 2,8% az, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12,9 milyon manat və ya 15,6% çoxdur.
Eyni tarixə Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 778 min manat olub. Bu da bir ay əvvəlki göstəriciyə nisbətən 49 min manat və ya 8,2% çoxdur.
Ümumilikdə, 2025-ci ilin avqustun 1-nə ölkə üzrə regionlardan cəlb olunmuş əmanətlərin həcmi 15,456 milyard manat təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 19,087 milyon manat və ya 0,1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 1,5 milyard manat və ya 10,7% çoxdur.