“Qaradağ Şüşə Zavodu” ASC özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha bir iri sənaye müəssisəsinin – “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib. Qalib 10,5 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

 

Əmlak Məsələləri Dövlət Xidməti müəssisələrin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində işləri davam etdirir. Dövlət müəssisələrinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi isə sərmayələrin cəlb edilməsi, müasir texnologiyalara əsaslanan istehsalın qurulması və genişləndirilməsi, yeni iş yerlərinin yaradılması baxımından əlverişli mexanizmdir.

İqtisadi inkişafa töhfə verə biləcək daha bir müəssisənin – “Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Bu ilin 23 iyun tarixində müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Glass Vay” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.

2 avqust 2023-cü il tarixində müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, 2 il ərzində müəssisədə 10,5 milyon manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində sobanın və şüşə istehsalı avadanlıqlarının, sexlərin əsaslı təmiri və yenidənqurulması, istehsal üçün tələb olunan digər avadanlıqların alınması, infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı