Bir çox ölkələr yaşam xərclərinin artması böhranı ilə üz-üzədir. 2022-ci il Covid-19 pandemiyasından sonra dünya iqtisadiyyatı üçün daha yaxşı bir il olmalı idi. Əvəzində isə 2022-ci il müharibə, rekord inflyasiya və iqlim fəlakətlərinin olduğu il kimi yadda qaldı. Tarixçi Adam Tooze isə ili xarakterizə etmək üçün onu çoxsaylı böhranların olduğu il adlandırdı. 2023-cü ildə daha çox qaranlıq hadisələrə şahidlik etməyə hazır olun.
Amsterdam Universitetində makroiqtisadiyyat üzrə professor olan Roel Beetsma isə deyib ki, əsrin başlanğıcından bu yana xeyli sayda böhranlar artmışdı. O, deyib ki, İkinci Dünya Müharibəsindən bu yana biz belə mürəkkəb hadisələrin şahidi olmamışdıq.
2020-ci ildə Covid əsaslı iqtisadi böhrandan sonra, 2021-ci ildə istehlakçı qiymətləri yüksəlməyə başladı və ölkələrdə qapanmalar və qadağalar meydana gəldi. Mərkəzi Banklar isə təkid edirlər ki, iqtisadiyyat normala qayıtdıqdan sonra yüksək inflyasiya müvəqqəti olacaq. Lakin Rusiyanın fevralın sonundan Ukraynaya hücum etməsi isə enerji və ərzaq qiymətlərinin yüksəlməsinə gətirib çıxarıb.