Qazax rayonunda sahibkarlarla görüş keçirilib

200-ə yaxın fermer və sahibkarın iştirakı ilə keçirilən tədbirdə investisiya təşviqi sənədi, KOB subyektlərinin maliyyə resurlarına çıxışı, dövlətin güzəştli kreditləri, subsidiyalar, əkin sahələrinin sığortalanması barədə məlumat verilib. 

Qazax rayonunda sahibkarlar üçün “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta”, “Qeyri-formal məşğulluğun aradan qaldırılması”, “Kiçik və orta biznesin inkişafına dövlət dəstəyi” mövzularında tədbir keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Qazax Rayon İcra Hakimiyyətinin, Aqrar Sığorta Fondunun və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 200-ə yaxın fermer və sahibkar iştirak edib.

Görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən investisiya təşviqi sənədi, KOB subyektlərinin maliyyə resurlarına çıxışı, müvəkkil banklar tərəfindən sahibkarlıq fəaliyyəti üçün verilən biznes və güzəştli kreditlər, subsidiyaların qeydiyyata alınması, əkin sahələrinin sığortalanması barədə biznes subyektlərinə məlumat verilib, fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı