Qazaxıstan Respublikası Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin sədri ilə görüş keçirilib

Türk Dövlətləri Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin 9-cu iclası çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qazaxıstan Respublikası Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin sədri Jandos Duysembiyev ilə görüşüb.

Görüşdə hər iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edilib, Orta dəhliz boyu gömrük prosedurlarının sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə hazırlanan Transxəzər Gömrük Tranzit Portalı barədə məlumat verilib, yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan bu portalın əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycan və Qazaxıstan gömrük orqanları arasında imzalanmış mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinə dair sazişin texniki şərtləri, həmçinin gömrük işinin təşkili istiqamətində gələcək əməkdaşlığın gömrük attaşelərinin iştirakı ilə daha da inkişaf etdirilməsi müzakirə edilib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı