Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qazaxıstanla sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib - BBN

Qazaxıstanla sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzinin prezidenti Daulet Arqandıkov ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev xalqlarımız arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqların iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil etdiyini bildirib.
Dövlətlərarası münasibətlərin bütün sferalarında, o cümlədən sosial sahədə səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb.
Bu sahədə iki ölkə arasında imzalanmış əməkdaşlıq sənədlərinin, təcrübə mübadilələrinin və qarşılıqlı səfərlərin önəmi qeyd edilib.
Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində son illərdə həyata keçirilən islahatlar barədə məlumat verilib.
D.Arqandıkov ikitərəfli münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib.
Sosial sahədə rəqəmsallaşma tədbirləri, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

“Şəhər dəyər zənciri fəaliyyətdə: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi”

UNITAR “ASAN xidmət”lə əməkdaşlığı genişləndirir

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı