Qeyri-formal məşğulluğun ölçülməsi təcrübələrinə dair təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada beynəlxalq ekspert Marek Radvanskinin iştirakı ilə təlim keçirilib.

Nazirliyin və qurumlarının, habelə Dövlət Statistika Komitəsi əməkdaşlarının qatıldığı təlim Avropa İttifaqı ilə birgə layihə üzrə Milli Observatoriyanın işçi və işəgötürənlər arasında “Bacarıqların proqnozlaşdırılması” mövzusunda keçirdiyi sorğunun nəticələrinə həsr olunub.

Təlimdə qeyri-formal məşğulluğun ölçülməsi sahəsində metodlara dair təcrübələr, habelə Avropa təcrübəsi bölüşülüb. Qeyri-formal iş sahələrinin müəyyənləşməsi, məşğulluğun ölçülməsi üçün sorğu sisteminin vacibliyi vurğulanıb.

Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması sahəsində potensialının gücləndirilməsi” layihəsi çərçivəsində reallaşdırılıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı