Qeyri-neft ixracı 37,1% artıb

“İxrac icmalı”nın sentyabr sayına əsasən, 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13  mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 mlrd. ABŞ dolları təşkil edib.  Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 mln. ABŞ  dolları və ya 37,1% artıb.  2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə avqust ayı üzrə ixrac 1,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 mln ABŞ dolları olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 106,6% artaraq 192,1 milyon ABŞ dolları təşkil edib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı