Qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,0% artıb

Azərbaycanda dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft məhsullarının ixracında müsbət dinamika ilə nəticələnir. Bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,0% artaraq 2 mlrd. 688 mln. dollar təşkil edib. Bu haqda İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“2022-ci ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz sektoruna kapital qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5% artaraq 8789,7 mln. manata çatıb. Yüksək templi iqtisadi artımda investisiyaların əhəmiyyətli rolu var” – deyə nazir əlavə edib

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı