Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 23,8 faiz artıb

2022-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11774,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,8 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 6585,4 milyon manatı və ya 55,9 faizi məhsul istehsalı sahələrinə, 4457,5 milyon manatı (37,9 faizi) xidmət sahələrinə, 731,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9043,3 milyon manatını və ya 76,8 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8663,9 milyon manatı və ya 73,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,2 faiz, büdcə vəsaitləri 36,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, sair vəsaitlər 3,9 faiz, bank kreditləri isə 2,8 faiz təşkil etmişdir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı