Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
QHT-lər aprelin 1-dək illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidir - BBN

QHT-lər aprelin 1-dək illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidir

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT-lər) aprelin 1-dək illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Məlumata görə, illik maliyyə hesabatlarının forması və təqdim olunma qaydası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Hesabatların qəbulu “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” vasitəsilə həyata keçirilir. Bunun üçün QHT-lər www.qht-hesabat.maliyye.gov.az internet portalında qeydiyyatdan keçərək illik maliyyə hesabatlarını elektron qaydada təqdim etməlidirlər.

Qeyd olunub ki, maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə təqdim edilməməsi İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.

Related posts

Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir

Son 1 ildə Azərbaycanda pul bazası 15% artıb

AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı