
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT-lər) aprelin 1-dək illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Məlumata görə, illik maliyyə hesabatlarının forması və təqdim olunma qaydası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Hesabatların qəbulu “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” vasitəsilə həyata keçirilir. Bunun üçün QHT-lər www.qht-hesabat.maliyye.gov.az internet portalında qeydiyyatdan keçərək illik maliyyə hesabatlarını elektron qaydada təqdim etməlidirlər.
Qeyd olunub ki, maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə təqdim edilməməsi İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.







