Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün növbəti təlimlər keçirilir

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası tərəfindən Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün hər iki ölkənin gömrük xidmətləri arasında imzalanmış “Kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında” Protokola əsasən “Rəhbər heyət üçün” və “İT mütəxəssisləri üçün” təlimlərə başlanılıb.

4 gün davam edəcək təlimlərdə DGK-nın və Akademiyanın əməkdaşları tərəfindən “Liderlik və heyətlə iş birliyi”, “Vaxtın idarə edilməsi”, “İnsan resurslarının idarə edilməsi”, “Ünsiyyət və davranış bacarıqları”, o cümlədən “Gömrük işinin keyfiyyətinin artırılması məqsədilə tətbiq edilən informasiya-kommunikasiya texnologiyaları” kimi mövzular üzrə iştirakçılara geniş məlumat veriləcək.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı