Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq” mövzusunda təlim keçirilmişdir - BBN

“Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq” mövzusunda təlim keçirilmişdir

18 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Bakı Fond Birjası tərəfindən yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı və Bakı Fond Birjasında listinq” mövzularında onlayn təlim keçirildi.

Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, ABB İnvestisiya şirkəti  və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilmişdir. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

Related posts

Asiya Birjalarında “Sülh Rallisi”: Bazar Kəskin Artımla Həftəni Bağlayır!

Yaponiyadan tarixi rekord, Çindən gözlənilməz artım: Asiya bazarları “yaşıl zonada”!

Wall Street Zirvəyə Bir Addımda: ABŞ-İran Diplomatiyası Birjaları Coşdurur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı