“Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçiriləcəkdir

24 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Bakı Fond Birjası tərəfindən yerli sahibkarlar üçün  “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn təlim keçiriləcəkdir.

Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, AzFinance İnvestisiya şirkəti və Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcəkdir.

Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı