Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qızıl 4 200 dollardan aşağı düşdü, Bitkoin və Ethereum ucuzlaşır - BBN

Qızıl 4 200 dollardan aşağı düşdü, Bitkoin və Ethereum ucuzlaşır

“Comex” əmtəə birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti iyunun 12-dən bəri ilk dəfə olaraq bir troy unsiyası üçün 4 200 ABŞ dollarından aşağı enib.

Bakı vaxtı ilə saat 06:06-a olan məlumata əsasən, qızılın qiyməti 1,12 % azalaraq bir troy unsiyası üçün 4 198,2 ABŞ dolları təşkil edib.

Eyni zamanda, 2026-cı ilin iyul ayında çatdırılacaq gümüş fyuçersləri də ucuzlaşıb. Belə ki, gümüşün bir troy unsiyasının qiyməti 2,25 % azalaraq 64,82 ABŞ dollarına düşüb.

Qiymətli metallar bazarında müşahidə olunan eniş kriptovalyuta bazarına da təsirsiz ötüşməyib. Bazar kapitallaşmasına görə dünyanın iki ən böyük kriptovalyutası olan Bitkoin və Ethereum da dəyər itirib.

Son məlumatlara görə, Bitkoinin qiyməti 2,57 % azalaraq 62 977 ABŞ dollarına, Ethereumun qiyməti isə 2,77 % ucuzlaşaraq 1 707 ABŞ dollarına enib.

Related posts

“Bitcoin” və “Ethereum” ucuzlaşıb

Ekspert: Kriptovalyuta bazarı artıq qlobal maliyyə sisteminin vacib komponentlərindən biridir

“Bitcoin”in qiyməti 62 min dolları ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı