Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qızıl 5 200$-a yaxın sabit qaldı – Fevral ayını güclü başa vurur - BBN

Qızıl 5 200$-a yaxın sabit qaldı – Fevral ayını güclü başa vurur

Qızıl qiymətləri Asiya sessiyasında sabit qaldı və fevral ayını güclü artımla başa vurmağa hazırlaşır. Spot qızılın qiyməti təxminən 5 194$, fyuçerslər isə 5 211$ səviyyəsində ticarət olunub. Ümumilikdə qızıl fevral ayında təxminən 6,7% yüksəlib. Artımın əsas səbəbi kimi ilk növbədə Geosiyasi gərginlik göstərilir. ABŞ və İran arasında nüvə danışıqları razılaşma olmadan başa çatması, Vaşinqtonun Yaxın Şərqə əlavə hərbi qüvvə göndərməsi bazarlarda risk iştahasını azaldıb və investorları təhlükəsiz liman aktivlərinə – yəni qızıla yönəldib ki, bu da öz növbəsində sarı metalın qiymət artımı ilə müşayət olunub. Qızıl qiymətini artmasına təsir edən digər bir səbəb isə ABŞ dəki iqtisadi qeyri-müəyyənlikdir. Beləki, ABŞ Ali Məhkəməsinin Prezident Donald Trump dövründə tətbiq olunan tariflərin böyük hissəsini ləğv etməsi bazarlarda dalğalanma yaradıb. Lakin Trampın yeni hüquqi çərçivə ilə yenidən tariflər tətbiq edəcəyini açıqlaması qeyri-müəyyənliyi artırıb.Qlobal iqtisadi yavaşlama narahatlığı da qiymətli metalların dəyərinin artmasında az rol onamır. Dünyanın ən böyük iqtisadiyyatlarında artım tempinin zəifləməsi qorxusu investorları qızıl kimi qoruyucu aktivlərə yönəldir. Bu arada fdigər qiymətli metallarda da artım qeydə alınıb.

Digər qiymətli metallar

Gümüş fevralda təxminən 6% artıb

Platin isə ay ərzində 8,4% yüksəlib

Bazarlar həm geosiyasi, həm də iqtisadi risklər fonunda ehtiyatlı mövqe tutur. Mövcud dinamika göstərir ki, qeyri-müəyyənlik davam edərsə, qızılın yüksək səviyyələrdə qalması ehtimalı böyükdür.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Bazarların Gözü Bu Gün ABŞ İnflyasiyasında – PPI Məlumatı Həlledici Ola Bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı