Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qızılın qiyməti Çində vergi güzəştlərinin ləğvi fonunda $4000 səviyyəsinə enib - BBN

Qızılın qiyməti Çində vergi güzəştlərinin ləğvi fonunda $4000 səviyyəsinə enib

Tarixi maksimumdan cəmi iki həftə sonra qızılın qiyməti yenidən $4000 səviyyəsinin altına enib. Bazar ertəsi, Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, qiymət psixoloji həddin bir qədər üzərində ticarət olunur.

Qiymətlərin geriləməsinə əsas səbəb Çin hökumətinin 1 noyabrdan etibarən qızıl alqı-satqısına tətbiq etdiyi vergi güzəştini ləğv etməsi olub. Şanxay Qızıl Birjasında qeyri-investisiya məqsədilə qızıl alan pərakəndə satıcılar artıq əlavə dəyər vergisinin (ƏDV) əvvəlki kimi 13%-ni deyil, yalnız 6%-ni geri ala biləcəklər. Bu qərar Çində zinət əşyalarına tələbin azalmasına gətirib çıxarıb, nəticədə ölkənin bir sıra zərgərlik şirkətlərinin səhmləri 10%-dən çox ucuzlaşıb.

Ekspertlər bildirirlər ki, qiymətin mühüm psixoloji səviyyəyə qədər korreksiyası bazar iştirakçılarının çoxu tərəfindən əvvəlcədən gözlənilirdi. Bununla belə, ilin əvvəlindən etibarən qızılın qiyməti hələ də 50%-dən çox artıb, orta illik qiymət isə tarixdə ilk dəfə $3200 səviyyəsini keçib.

Qızılın bahalaşmasını şərtləndirən əsas fundamental amillər – mərkəzi bankların qızıl ehtiyatlarını artırması və investorların “təhlükəsiz liman” aktivlərinə yönəlməsi – hələ də qüvvədə qalır.

Related posts

Azərbaycan Gürcüstana 84 milyon dollara yaxın investisiya yatırıb

Bitcoin-də dirçəliş: 64 min dollar həddi aşıldı, geosiyasi risklər diqqət mərkəzində

AIIB Azərbaycanla dəniz daşımaları və aviasiya sektoru üzrə əməkdaşlığı genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı