Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qızılın qiyməti tarixdə ilk dəfə 4000 dolları ötüb - BBN

Qızılın qiyməti tarixdə ilk dəfə 4000 dolları ötüb

Qızılın qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 4000 dollar həddini keçib.

BBN.az xəbər verir ki, “Comex” birjasında 2025-ci ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara yüksəlib. Bu, qiymətli metal üçün yeni tarixi rekord sayılır.

Bununla belə, ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər geriləyərək 3987,4 dollar səviyyəsində qərarlaşıb.

Daha əvvəl Bakı vaxtı ilə saat 18:36-da qızılın bir unsiyasının qiyməti 3980,2 dollara (+1,74%) çatmışdı.

Analitiklərin fikrincə, qızılın qiymətindəki bu artım qlobal iqtisadi qeyri-müəyyənlik və investorların təhlükəsiz aktivlərə marağının güclənməsi ilə əlaqədardır.

Related posts

Si Cinpin və Vladimir Putin Pekində görüşdü: “Çay diplomatiyası” və strateji tərəfdaşlıq

Vaşinqtonda Peyvənd Şoku: Robert Kennedi Məhkəmə Qərarından Sonra Geri Addım Atmağa Məcbur Oldu!

Asiya birjalarında çöküş: Samsung tətillə təhdid edir, investorlar qorxu içində! 🚨📉

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı