Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti tarixi maksimumu yeniləyib. Belə ki, qızılın bir troya unsiyasının qiyməti 0,36% artaraq 2 791 ABŞ dollarına bərabər olub.
BBN.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,31% azalaraq 34,34 ABŞ dollarına bərabər olub.