“Comex” birjasında qızılın qiyməti bir unsiya üçün 3735 ABŞ dollarını keçərək tarixi maksimuma çatıb.
2025-ci ilin dekabr ayında çatdırılacaq qızıl fyuçerslərinin dəyəri “Comex”də 0,4% artaraq bir unsiya üçün 3735,5 dollar olub.
Xatırladaq ki, 9 sentyabrda qızıl ilk dəfə olaraq 3700 dolları ötüb, 2 sentyabrda isə dekabr fyuçerslərinin qiyməti 3600,3 dollara çataraq rekordu yeniləmişdi.
“Zaner Metals” şirkətinin vitse-prezidenti və aparıcı strateqi Piter Qrant yaxın perspektivdə qızılın qiymətinin 3700–3730 dollar intervalında qalacağını istisna etmir.