Qızılın ticarəti 8 ayın ən yüksək səviyyəsindədir – Yaxın gələcək üçün proqnoz

Bazar ertəsi günü qızılın qiyməti hər unsiyasına görə 1.881.5 dollara ticarət edilirdi və çərşənbə axşamı, bu gün isə 1.872 dollardan bir qədər yüksək qiymətə satılırdı. Bu isə 2022-ci ilin mayın 9-dan, təxminən 8 aydan bu yana ən yüksək göstərici idi.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, analitiklərin proqnozlarına əsasən aşağı istiqraz qiymətləri və zəif dollar fonunda belə artım 2023-cü ildə də davam edəcək.

Bazar ertəsi günü artım isə ABŞ Mərkəzi Bankının (FED) inflyasiyanı aşağı salmaq üçün aqressiv pul siyasətini davam etdirəcəyinin siqnalını verməmişdən öncə baş vermişdi. Bu gün Şərq Saatı ilə təxminən səhər 7-də qızılın qiyməti 1.876 dollara satılırdı. Çərşənbə günü Qrinviç vaxtı ilə axşam saatlarında isə qızılın qiyməti hər unsiyasına görə 1.885.80 dollara satılır ki, bu da qramına görə 60.63 dollar edir. 

Cümə günü ABŞ-ın əmək bazarı ilə bağlı hesabatı onu nümayiş etdirirdi ki, bazar güclü qalmaqda davam edir. Bu isə FED-in iqtisadi inkişafı azaltmaqla bağlı planlarının əksinə baş verir. Son rəqəmlər isə göstərir ki, istiraz qiymətləri və dolların zəifliyi isə qızılın qiymətinə müsbət təsir edib.  

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı