Qlobal Biznes Forumda Azərbaycanda gənc sahibkarlıq barədə məlumat verilib

“Qlobal Biznes Həftəsi 2023” çərçivəsində Şotlandiyanın Qlazqo şəhərində “Big Boss” Qlobal Biznes və İnnovasiya Forumu keçirilib. 

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə gənc sahibkarlıq, gənclərin biznes fəaliyyətinin dəstəklənməsi üçün mexanizmlər və Agentliyin fəaliyyəti barədə məlumat verib.

Qeyd edilib ki, KOB-ların iqtisadiyyatda, məşğulluqda və ixracda payını artırmaq KOBİA-nın başlıca hədəfləri sırasındadır. Bu məqsədlərə çatmaqda gənc sahibkarların da rolu var. Azərbaycanda iqtisadi fəal əhalinin təxminən 27%-ni gənclər təşkil edir və onlar biznes fəaliyyətinə də maraq göstərirlər. Aparılan sorğular və araşdırmalar göstərir ki, gənc sahibkarlar daha çox biznes bacarıqlarının olmaması, maliyyə resurslarına və bazarlara çıxışla bağlı problemlərlə üzləşirlər. KOBİA qeyd olunan istiqamətlərdə gənc sahibkarlara müxtəlif mexanizmlər çərçivəsində dəstək göstərir. Azərbaycanın işğaldan azad edilmiş əraziləri yaxın dövrlərdə biznesin, xüsusən də gənc sahibkarlığın inkişafı üçün daha bir mühüm hərəkətverici qüvvə olacaqdır. Qarabağ regionu üçün nəzərdə tutulan “yaşıl iqtisadiyyat” və “ağıllı şəhər” konsepsiyaları bölgəni yeni innovativ bizneslər üçün cəlbedici mərkəzə çevirəcəkdir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı