Qlobal fond bazarlarında son ticarət günü əsasən müsbət dinamika ilə yadda qalıb.
BBN.az xəbər verir ki, ABŞ fond bazarlarında “Dow Jones” indeksi 385,38 bənd və ya 0,74% artaraq 52 224,64 bəndə yüksəlib. “S&P 500” indeksi 65,92 bənd və ya 0,89% artaraq 7 509,20 bənd, “Nasdaq Composite” indeksi isə 329,14 bənd və ya 1,29% yüksələrək 25 837,21 bənd təşkil edib.
“NYSE Composite” 0,93% artaraq 23 890,19 bəndə, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,17% yüksələrək 35 369,08 bəndə çatıb.
Avropa fond bazarlarında da artım qeydə alınıb. “Euro Stoxx 50” 0,94%, FTSE 100 0,58%, Almaniyanın “DAX” indeksi 0,66%, Fransanın “CAC 40” indeksi 0,28%, İspaniyanın “IBEX 35” indeksi isə 0,90% bahalaşıb.
Asiya-Sakit okean regionunda da əksər əsas indekslər yüksəlib. Yaponiyanın “Nikkei 225” indeksi 1,10%, “TOPIX” 1,15%, Çinin “CSI 300” indeksi 0,67%, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,25% artıb. “MSCI AC Asia Pacific” indeksi 2,25% yüksəlib.
Bununla yanaşı, Honq Konqun “Hang Seng” indeksi 0,83% geriləyərək 24 923,77 bəndə düşüb.
Analitiklər bazarlardakı müsbət əhval-ruhiyyəni güclü korporativ maliyyə nəticələri, texnologiya sektorunda alışların artması və ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti ilə bağlı gözləntilərlə əlaqələndirirlər. Çin iqtisadiyyatına dair narahatlıqlar isə Honq Konq fond bazarında enişə səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilir.