Qlobal neft bazarı OPEC+-un yeni xəbərinə reaksiya verib, qiymətlər artıb

OPEC+ təşkilatı üzvlərinin oktyabrın 5-də qəbul etdikləri gündəlik neft istehsalının 2 milyon barrel azaldılması xəbərindən sonra qlobal neft qiymətləri artıb.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, çərşənbə günü Brent markalı neftin qiyməti daha 2% artaraq bir barrelinə görə 93 dollara çatıb. 

OPEC üzvləri yeni qərarı qlobal iqtisadiyyatın tənəzzülə gedəcəyi qorxuları və neft ilə bağlı gələcək tələb ilə əlaqədar qeyri-müəyyənlik fonunda dəstəkləyiblər. 

OPEC+ üzvləri Viyenada toplaşıb gələcək planları müzakirə edən zaman Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Suhail al-Mazroui jurnalistlərə açıqlamasında bildirmişdi ki, bu siyasi deyil, texniki qərardır.

Qeyd edək ki, cari ilin iyulun ortasında ABŞ-ın prezidenti Joe Biden tənqidlərə rəğmən Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına getmiş, ölkənin şahzadəsi Məhəmməd ibn Salman ilə görüşmüşdü və ondan neft istehsalının artırılmasını istəmişdi. ABC News TV proqramında deyildiyi kimi oradan əliboş qayıtmışdı. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı