ABŞ dolları, ABŞ və İran arasındakı sülh danışıqlarının dalana dirənməsi və Yaxın Şərqdə artan gərginlik fonunda həftəni ciddi artımla başa vurmağa hazırlaşır. İnvestorların geosiyasi risklərdən qorunmaq üçün “təhlükəsiz liman” kimi dollara üstünlük verməsi nəticəsində Dollar İndeksi (DXY) son üç həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb. Digər tərəfdən, Yapon yenası və avro kimi əsas valyutalar dolların təzyiqi altında zəifləyib. Analitiklər qeyd edir ki, İranla bağlı hərbi risklərin davam etməsi və neft qiymətlərindəki bahalaşma ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağı ehtimalını gücləndirir. Bu vəziyyət qlobal bazarlarda risk iştahasını azaldaraq valyuta bazarlarında volatilliyi (dəyişkənliyi) maksimum həddə çatdırıb.
Qlobal valyuta bazarında ABŞ dolları hegemonluğunu artırır: Orta Şərqdəki qeyri-müəyyənlik əsas hərəkətverici qüvvədir
Ðîññèÿ. Ìîñêâà. Êóïþðû íîìèíàëîì 100 äîëëàðîâ. Ôîòî Âëàäèìèð Ìàøàòèí/ ÈÒÀÐ-ÒÀÑÑ