Azərbaycanda kibercinayətkarlıqla mübarizə normaları və sanksiyalar sərtləşdirilməlidir.
Bu barədə Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
Onun sözlərinə görə, son illər informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, xüsusilə süni intellektin tətbiqi ilə şəxsi məlumatların oğurlanması halları artıb:
“Bir çox hallarda həmin məlumatlardan istifadə etməklə insanlar şantaj olunur və bu, ciddi mənəvi-psixoloji sarsıntılara səbəb olur. Mən gənclik illərimdə cəzaların sərtləşdirilməsinin əleyhinə olmuşam. Lakin hansısa cinayətlərin sayında ciddi artım müşahidə edilirsə, müvəqqəti olaraq cəzaların sərtləşdirilməsi zərurəti yaranır və bu, dünyada da tətbiq olunur. Ona görə də cəzalara yenidən baxmalıyıq”, – deyə deputat qeyd edib.