Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib - BBN

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

Ölkəmizdə xanımların informasiya texnologiyaları üzrə biliklərinin inkişafı və İKT sahəsinə marağının artırılması məqsədilə “Rəqəmli Qızlar” sosial layihəsi uğurla həyata keçirilir.

Layihə çərçivəsində 560 məktəbli və gənc qız rəqəmli texnologiyalar üzrə təlimlərdə iştirak ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təlimçiləri tərəfindən keçirilmiş ikigünlük təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilib. Həmçinin, qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olublar.

Xüsusi karantin rejimi dövründə layihə çərçivəsində onlayn formatda keçirilmiş son təlimlərə Bakı, Zaqatala, Şamaxı, Mingəçevir, Qəbələ, Ağdaş, Şabran və Xırdalan şəhərlərindən məktəbli və gənc qızlar qatılıblar. Layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO təşkilatının təşəbbüsü və maliyyə dəstəyi, İKT LAB Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Layihənin inkişafına “Regional İnkişaf” İctimai Birliyi, “Aztelekom” MMC və “WoWoman” qadınların inkişaf platforması dəstək verib. Layihə haqqında daha ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı