Rəqəmsal bankçılıq istifadəsində artım müşahidə edilir

Mobil tətbiqetmələr üzrə ixtisaslaşan “Mobile Marketer” agentliyinin araşdırması əsasında ərsəyə gələn hesabata əsasən, fevral ayında mobil bankçılıq texnologiyalarının istifadəsində artım müşahidə olunmağa davam edib. Belə ki, rəqəmsal bankçılıq tətbiqetmələrindən beynəlxalq səviyyədə əldə edilən gəlir 17% artıb. Sözügedən artım koronavirus pandemiyası səbəbindən karantin rejiminin sərtləşdirildiyi ölkələrdə daha çox müşahidə edilir. Ən böyük artım isə ABŞ-da qeydə alınıb. ABŞ mərkəzli rəqəmsal bankçılıq tətbiqetmələrinin yüklənmə həcmində 60%-lik artım, tətbiqetmələrin 73%-lik qismində isə böyük həcmdə gəlir artımı qeydə alınıb.

Fevral ayında ən çox yüklənən “fintech” tətbiqetməsi “Google Pay” olub. Belə ki, “Google Pay” tətbiqetməsinin yüklənmə həcmi 2019-cu ilin fevral ayına nisbətdə 2 qat artaraq 15.6 milyona çatıb. “Google Pay” tətbiqetməsinin yüklənmə sayının 83.6%-lik qismi Hindistan vətəndaşları tərəfindən həyata keçirilib.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı