Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçəcək - BBN

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

BBN.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə ​8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Bununla əlaqədar nazirliyin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Related posts

Azərbaycanda aqrar sığorta sistemi ilə bağlı vahid infrastruktur formalaşdırılır

Ötən il maliyyə sektoru üzrə cərimələrin həcmi 600 min manata çatıb

BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı