ABA-nın ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmovun həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin və tədris proqramının təqdimatı keçirilib

Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun rəhbəri, Bank of Bakunun əməkdaşı, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı Tamerlan Rüstəmovun və Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi, Mərkəzi Bankın əməkdaşı Xəyaləddin Tağıyevin həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və tədris proqramının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, dərslik “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq nəşr edilib. Rektor qeyd edib ki, dərsliyin ali təhsil məktəblərində qeyri-iqtisadi profil ixtisaslar üzrə tədris prosesində istifadə olunması ilə bağlı təhsil nazirinin müavini Firudin Qurbanov universitet rəhbərlərinə məktub göndərib.


Dərslikdə rəqəmsal ödənişlər və onların xüsusiyyətləri, iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə baxış, ödəniş ekosistemi üzrə “hörümçək toru” prinsipi haqqında ətraflı məlumat verilib. Həmçinin rəqəmsal ödəniş ekosistemi üzrə normativ hüquqi baza və onun təkmilləşdirilməsi istiqamətləri, Milli Ödəniş Sistemi infrastrukturu və onun komponentləri, pul köçürmə əməliyyatları, ödəniş alətlərinin qabaqcıl beynəlxalq təcrübə əsasında bölgüsü də nəşrdə əksini tapıb. Bundan başqa, kitabda elektron bankçılıq xidmətləri və bu sahədə risklər, rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarının növü barədə də ətraflı qeyd olunub.

Tədbirdə çıxış edən kitabın həmmüəllifləri Xəyaləddin Tağıyev və Tamerlan Rüstəmov nəşrin ərsəyə gəlməsində dəstək olan qurumlara təşəkkür edib.
Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova, Mərkəzi Bankın maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edən i.e.d Arzu Hüseynova, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva dərsliyin həm universitet tələbələri, həm də rəqəmsal savadlılığını artırmaq istəyən istənilən şəxs üçün səmərəli olacağını qeyd edib.


Dərslik rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi, eyni zamanda maliyyə sahəsində çalışan mütəxəssislərin ixtisaslaşması baxımından da faydalı vəsait hesab olunur.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı