“Rəqəmsal PR” mövzusunda onlayn seminar keçiriləcək

Azərbaycan Banklar Assosiasiyası tərəfindən media nümayəndələri üçün “Rəqəmsal PR” mövzusunda onlayn seminar keçiriləcəkdir.

Seminar qloballaşmanın əsas çağırışları olan rəqəmsallaşmada PR işinin təşkili və aparılması üzrə məlumatları özündə ehtiva edəcək.

“Rəqəmsal PR” seminarı 12 iyun 2020-ci il tarixində saat 15:00-da, “Zoom” onlayn platforması üzərindən Azərbaycan Respublikasının Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev tərəfindən keçiriləcəkdir.

Qoşulmaq üçün ad, soyad, təmsil etdiyiniz qurumun adı və vəzifəniz haqqında məlumatları office@aba.az  mail ünvanına yazaraq qeydiyyatdan keçə bilərsiniz.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı