Rəqəmsal Ticarət Qovşağının m-rezidentlik proqramı çərçivəsində görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Vergi Xidməti və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Rəqəmsal Ticarət Qovşağının (RTQ) m-rezidentlik proqramı çərçivəsində baş tutan görüşdə RTQ-nin rəhbəri İsmət Mehrəliyeva qonaqlara portalın fəaliyyəti, müasirləşmə strategiyası ilə hazırlanmış yeni yol xəritəsi və sənəd dövriyyəsi prosesinin təkmilləşdirilməsi istiqamətində aparılan işlər haqqında məlumat verib.

Görüşdə “B.EST Solutions” MMC-nin layihə meneceri Ceyhun Nəcəfli m-rezidentlik proqramı çərçivəsində hazırlanmış eSIM əsasında “Asan İmza”ya əsaslanan yeni biznes prosesi haqqında təqdimatla çıxış edib. Tərəflər arasında  qeyri-rezidentlər tərəfindən müqavilələrin elektron formada imzalanmasına daha əlverişli şəraitin yaradılması, biznes prosesinin rəqəmsallaşması və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə “Asan İmza” sertifikatının verilməsi imkanı üzrə müzakirələr aparılaraq təkliflər səsləndirilib.

Related posts

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı