Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sabah Naftalanda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Nazirlikdən bildirilib ki, qəbul aprelin 5-də, saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq üçün aprelin 4-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı