AMB sədrinin birinci müavini Rəşad Orucov: “Azərbaycanda “interchange” tarifləri 36% azaldılıb”

“Mərkəzi Bank haqqında” qanuna edilmiş dəyişikliklərlə əlaqədar Azərbaycan Mərkəzi Banka (AMB) bütövlükdə ödəniş sistemi iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin yuxarı həddini müəyyən etmək hüququ verilib.

BBN.az xəbər verir ki, bunu AMB sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Bu hüquqdan istifadə edərək Mərkəzi Bank 25 oktyabrda “interchange” tariflərinin yuxarı və orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36% azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33%, yanacaqdoldurma məntəqələrində 55%, digər proqramlar üzrə isə 22% azaldılıb”, – deyə R.Orucov əlavə edib.

Report

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı