Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rəsmi gəliri olmayan şəxslər niyə banklardan kredit ala bilmir? – İqtisadçı açıqlayır - BBN

Rəsmi gəliri olmayan şəxslər niyə banklardan kredit ala bilmir? – İqtisadçı açıqlayır

Kredit əldə edərkən bankların əsas tələblərindən biri vətəndaşın rəsmi gəlirinin olmasıdır. Bir çox hallarda vətəndaşın faktiki gəliri yüksək olsa da, bu gəlir rəsmi şəkildə təsdiqlənmədiyi üçün bank kreditindən yararlanmaq mümkün olmur. Nəticədə belə şəxslər lombardlar, girov əsaslı kreditlər və digər alternativ maliyyə üsullarına üz tuturlar.

Mövzu ilə bağlı iqtisadçı Rauf Qarayev Banco.az-a açıqlamasında bildirib ki, əsas səbəb rəsmi gəlir olmadığı halda vətəndaşın real maliyyə vəziyyətini dəqiq müəyyən etməyin mümkün olmamasıdır.

İqtisadçının sözlərinə görə, kredit öhdəlikləri vaxtında yerinə yetirilmədikdə bank üçün vəsaitin geri qaytarılması da çətinləşir:
“Rəsmi gəlir olmadıqda bank risklə üz-üzə qalır. Kredit gecikdikdə məhkəmə və digər hüquqi prosedurlar uzun və mürəkkəb prosesdir. Bu da banklar üçün əlavə xərclər və risklər yaradır”.

R.Qarayev qeyd edib ki, digər mühüm amil tənzimləyici yanaşma ilə bağlıdır. Belə ki, Azərbaycan Mərkəzi Bankı son illər istehlak kreditlərinin həcminin azaldılması və bankların daha çox biznes kreditlərinə yönəlməsi istiqamətində siyasət aparır.

“İllər əvvəl gəlir tam müəyyən edilmədən demək olar ki, hər kəsə kredit verilirdi. Hətta yaşayış minimumu belə nəzərə alınmırdı. Halbuki, məntiqlə yanaşsaq, vətəndaşın aylıq minimum xərcləri var və bu məbləğ çıxıldıqdan sonra qalan gəlirə uyğun kredit verilməlidir. Vətəndaş üçün əsas olan kreditin əldə edilməsidir, bank isə bu zaman riskləri düzgün hesablamalıdır. Bank gəlir qazanmaq istəsə də, bunu problemli kreditlərin artmasına yol açmadan etməlidir”, – deyə iqtisadçı vurğulayıb.

Ekspertin fikrincə, rəsmi gəlirin tələb olunması bank sisteminin risklərini azaltmaq və maliyyə sabitliyini qorumaq məqsədi daşıyır. Bu baxımdan rəsmi gəliri olmayan şəxslər üçün bank kreditlərinə çıxış məhdud olaraq qalır.

Related posts

ABB-nin İdarə Heyətinin sədri Davosda iştirak təcrübəsini bölüşdü

S&P: Azərbaycanda bank sektoru daha tarazlı artım mərhələsinə keçir

“Rəqəmsal dövlət maliyyəsi” sistemi tətbiq olunur: büdcə məlumatları və satınalmalar elektronlaşdırılacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı