Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kapital Bank-ın istehlak kreditləri portfeli 7%-dək artıb - BBN

Kapital Bank-ın istehlak kreditləri portfeli 7%-dək artıb

BBN.az xəbər verir ki, Kapital Bank-ın kredit portfeli 31 dekabr 2025-ci il tarixinə 5 milyard 419 milyon 985 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 208 milyon 778 min manat və ya 4% çoxdur.

Hesabat dövründə bankın kredit portfelinin strukturunda istehlak kreditləri üstünlük təşkil edib. Belə ki, istehlak kreditləri portfeli 3 milyard 135 milyon 750 min manat, biznes kreditləri portfeli 1 milyard 693 milyon 248 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 590 milyon 987 min manat olub.

Məlumata görə, bu göstəricilər 2024-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri üzrə 196 milyon 310 min manat və ya 6,7%, biznes kreditləri üzrə 26 milyon 790 min manat və ya 1,6%, daşınmaz əmlak kreditləri üzrə isə 14 milyon 322 min manat və ya 2,4% azalma deməkdir.

Qeyd edək ki, ümumi kredit portfelində artım müşahidə olunsa da, ayrı-ayrı kredit seqmentləri üzrə dinamika fərqli olub.

Related posts

“Moody’s Ratings” Azərbaycanın iqtisadi artım gözləntilərini açıqlayıb

“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar

Bankların debet kartları üzrə iyul ayı cashback təklifləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı