Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbank əməkdaşları “Heydər zirvəsi”ndə - BBN

Rabitəbank əməkdaşları “Heydər zirvəsi”ndə

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi münasibətilə bank əməkdaşları Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.

Quba rayonun Xınalıq kəndi yaxınlığında yerləşən zirvəyə yürüş təhlükəsizlik qaydaları çərçivəsində və əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə və həyata keçirilib.

Bank əməkdaşları relyef və iqlim şəraitinin sərt və mürəkkəb olmasına baxmayaraq, bütün maneələri dəf edərək müəyyən olunmuş yerə vaxtında çatıb, Rabitəbank və Azərbaycan bayraqlarını yerə sancaraq, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı