Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbank ABŞ-nin "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib - Foto - BBN

Rabitəbank ABŞ-nin “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib – Foto

Rabitəbank rəhbərliyi ABŞ-nin mühim maliyyə institutlarından biri olan “Bank of New York Mellon” ilə yeni texnologiyaların tətbiqi sahəsində işbirliyini müzakirə etmək məqsədilə Nyu-York şəhərində əhəmiyyətli bir görüşdə iştirak edib.

23 aprel 2024-cü il tarixində baş tutan görüşdə “Rabitəbank” ASC-nin  Müşahidə Şurasının sədri Zakir Nuriyev ABŞ-da sürətlə inkişaf edən maliyyə texnologiyaları ilə bağlı ən son yenilikləri öyrənmək və Rabitəbankın təcrübəsini artırmaq üçün əməkdaşlıq imkanlarını müzakirə edib.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

“Oxford Economics”: İran ətrafındakı gərginlik Azərbaycana Avropa investisiyalarını artıra bilər

AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı