Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Rabitəbank” açıq tender elan edir - BBN

“Rabitəbank” açıq tender elan edir

“Rabitəbank” “Kaspersky Anti-Virus” lisenziyalarının 1 illik uzadılması üzrə açıq tender elan edir.

Tenderin elan tarixi: 24.02.2026
Tenderin son tarixi: 03.03.2026, saat 13:00

Qalibin müəyyənləşdirilməsi meyarları:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının (referansların) təqdim edilməsi;

  • İşin icra müddətinin göstərilməsi;

  • Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu;

  • Tələblərə uyğun ən aşağı qiymət təklifi.

Tenderdə iştirak üçün tələb olunan sənədlər:

  • Şirkətin aidiyyəti sahə üzrə portfeli;

  • Hüquqi sənədlərin surətləri (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) – daha öncə təqdim edilibsə, tələb olunmur;

  • Məxfilik müqaviləsi (tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək);

  • Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – daha öncə təqdim edilibsə, ehtiyac yoxdur.

Tender təklifləri Azərbaycan dilində hazırlanmalı, imzalanmış və möhürlənmiş halda qapalı zərfdə göstərilən tarixədək Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33 ünvanına təqdim edilməlidir.

Tenderdə iştirak etmək istəyən şirkətlər tender@rabitabank.com elektron poçt ünvanına və ya (+99450) 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

Related posts

Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı