Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbank-dan özünəməşğulluq proqramına dəstək! - BBN

Rabitəbank-dan özünəməşğulluq proqramına dəstək!

Rabitəbank regionda mikro biznesin inkişafı üçün avadanlıqlar hədiyyə edib.

COVID-19 səbəbilə mövcud olan vəziyyətdə bizneslərə və özünəməşğullaq məqamına dəstək prioritet məqamlardan biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Dövlət tərəfindən yaradılmış maliyyə və təşviq institutları və fondları yaranmış çətinliklərin aradan qaldırılmasına yönəlmiş təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ölkə başcısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandumuna qoşulub.

Proqrama qoşulan Rabitəbank tərəfindən, Qusar rayon sakini Viktor Hacağayevə 1 ədəd sintezator Korg 600, 1 mikrofon, mikşer və musiqi səs sistemi avadanlıqları hədiyyə olunmuş və xüsusi sertifikat təqdim edilmişdir. Qeyd edək ki, Rabitəbank korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində, sahibkarlara, xüsusən də region sahibkarlarına daima öz dəstəyini göstərir.

Rabitəbank, 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil tətbiqi və İnternet Bankinq, RabitəBot adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Sərfəli şərtlərlə istehlak krediti

ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçildi!

Orxan Ismayılov: 2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı