Rabitəbank Mastercard® kart sahibləri Apple Pay ödənişlərində qazanır!

Yaxın günlərdə “Rabitəbank” ASC müştəriləri üçün yeni nəsil təmassız ödəmə üsulu – Apple Pay xidmətini  aktiv etdi. Bu dəfəki üstünlüklər isə sırf Rabitəbank Mastercard kartları olanlar üçün keçərlidir.

Belə ki, Mastercard sahibləri bir çox alış-veriş sahələrində Apple Pay ilə edəcəkləri ödənişlərin üstünlüklərindən faydalanacaqlar. Siyahını diqqətinizə çatdırırıq:

Market alış-verişlərində 5 AZN keşbek

Rabitəbank Mastercard və ya Maestro kartlarını Apple Pay-ə əlavə edən və hər alış-verişdə 5 AZN-dən artıq ödəniş edən kart sahibləri kampaniyadan faydalana bilərlər.

Daha ətraflı: https://mstr.cd/5AZNkesbek

Azpetrolda yanacaq ödənişlərindən 2 AZN keşbek

Rabitəbank Mastercard və ya Maestro kartlarını Apple Pay-ə əlavə edib, Azpetrol-da edilən ilk 10 AZN-lik yanacaq ödənişlərindən 2AZN keşbek balansa əlavə olunacaq.

Daha ətraflı: https://mstr.cd/2AZNkesbek

KFC-dən pulsuz fri kartofu

Rabitəbank Mastercard və ya Maestro kartlarını Apple Pay-ə əlavə edib, KFC-də olunan ödənişlərdən pulsuz fri kartof əldə edəcəksiniz.

Daha ətraflı: https://mstr.cd/frikartofu

Starbucks-dan pulsuz şokolad

Rabitəbank Mastercard® kartını Apple Pay-ə əlavə edib Starbucks®-dan içki alan müştərilər üçün hədiyyə şokolad təqdim olunacaq.

Daha ətraflı: https://mstr.cd/starbuckskampanyasi

Cinemaplusdan 10% endirim

Rabitəbank Mastercard kartı ilə Apple Pay vasitəsilə edilən ödənişlərdə 10% endirim tətbiq olunacaq.

Daha ətraflı: https://mstr.cd/cinemapluscashback

Apple Pay haqqında daha çox məlumat və qoşulmaq üçün: https://rbt.az/apple-pay-rb

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı