Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək oldu - Foto - BBN

Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək oldu – Foto

“Rabitəbank” ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda getmiş döyüşlərdə şəhid olmuş şəxslərin və qazilərin ailələrinə dəstəyini davam etdirir. Belə ki, Qurban bayramı ilə əlaqədar olaraq Kürdəmir, Şamaxı və Ağsu rayonlarında yaşayan 100-ə yaxın şəhid və qazi ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin dəstəyi ilə baş tutmuş yardım kampaniyasında Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin regional filiallarının və icra nümayəndələri, eləcə də bankın əməkdaşları iştirak ediblər, şəhid və qazi ailələri ilə görüşərək söhbət ediblər.

Qeyd edək ki, Rabitəbank korporativ sosial layihələr çərçivəsində bir çox xeyriyyə tədbirləri həyata keçirib. Bank öz ənənəsinə sadiq qalaraq, bundan sonra da bu cür təşəbbüskar addımlar atmağa davam edəcək.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib

ABB-nin süni intellekt həlləri Dünya İqtisadi Forumunun hesabatına daxil edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı