Rabitəbankdan müəllimlər üçün əla təklif – 0% komissiya!

5 oktyabr Müəllimlər günü münasibətilə əziz və sevimli müəllimlər üçün Rabitəbankdan əla təklif var.

Kampaniya çərçivəsində təhsil işçiləri 20000 AZN-dək nağd pul kreditini komissiyasız və müddətindən asılı olmayaraq 0% sığorta haqqı ilə əldə edə biləcəklər. Kreditin müddəti 3 aydan 36 ayadək təşkil edir. Müəllimlər bu kampaniyadan illik 15%-dən başlayan şərtlərlə yararlana bilərlər. Kampaniyanın digər özəlliyi isə Kartmane kredit kartının bir illik xidmət haqqısının da bank tərəfindən hədiyyə olunmasıdır.

Müəllimlər günü bir gün olsa da, Rabitəbankın bu təklifi düz 1 ay içərisində keçərlidir. 5 oktyabrda başlayan kampaniya 5 noyabradək davam edəcək. Təhsil işçilərinin dəyərli zamanını düşünən Bank krediti onlayn sifariş etməyə dəvət edir. Onlayn sifariş üçün Rabitəbankın rəsmi saytına keçid edə (http://rbt.az/muellim) və ya Rabita Mobile tətbiqindən müraciət edə bilərsiniz.

Bu və digər kampaniyalar, eləcə də məhsullar barədə ətraflı məlumatı Bankın 133 Çağrı Mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı