Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbankın Marketinq departamentinə yeni rəhbər təyin olunub - BBN

Rabitəbankın Marketinq departamentinə yeni rəhbər təyin olunub

“Rabitəbank” ASC-də yeni kadr təyinatı həyata keçirilib. Bankın İdarə Heyətinin qərarı ilə Şəmi Əliyev Marketinq departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Şəmi Əliyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsində başa vurub. Daha sonra ABŞ-ın nüfuzlu Texas A&M University-də “Biznesin idarəedilməsi” (MBA) üzrə magistr təhsili alaraq strateji idarəetmə, marketinq, maliyyə və biznesin inkişafı istiqamətlərində beynəlxalq bilik və təcrübə qazanıb.

Bank və maliyyə sektorunda 16 ilə yaxın peşəkar təcrübəyə malik olan Şəmi Əliyev əmək fəaliyyətinə 2010-cu ildə ABŞ-da başlayıb. 2010–2012-ci illərdə “JPMorgan Chase” və “IBC Bank”-da müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən etibarən Azərbaycanda bank sektorunda müştəri təcrübəsi, xidmət keyfiyyətinin ölçülməsi və idarə olunması, pərakəndə bankçılıq, satış şəbəkəsinin idarə edilməsi və biznesin inkişafı istiqamətlərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Bu müddət ərzində müştəriyönümlü yanaşmaların inkişafı, xidmət standartlarının təkmilləşdirilməsi, əməliyyat proseslərinin optimallaşdırılması və keyfiyyət idarəetmə sistemlərinin qurulması üzrə çoxsaylı layihələrin həyata keçirilməsində iştirak edib.

2021-ci ilin may ayından etibarən Rabitəbank” ASC-də Xidmət keyfiyyətinə nəzarət departamentinin rəhbəri vəzifəsində çalışan Şəmi Əliyev bu müddət ərzində bankda müştəri məmnuniyyətinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, daxili proseslərin təkmilləşdirilməsi və xidmət standartlarının inkişafı istiqamətində həyata keçirilən strateji təşəbbüslərə rəhbərlik edib.

Yeni vəzifəsində Şəmi Əliyev Rabitəbankın marketinq strategiyasının daha da gücləndirilməsi, brend dəyərinin artırılması, müştəriyönümlü marketinq həllərinin inkişafı, rəqəmsal marketinq imkanlarının genişləndirilməsi və bankın bazardakı mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Bu təyinat Rabitəbankın müştəriyönümlü yanaşmasının daha da gücləndirilməsi, innovativ marketinq həllərinin tətbiqi və dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımlardan biridir.

Related posts

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Azərbaycanda innovasiya sektorunun illik gəlirləri və ixrac həcmi 10 dəfə artırıla bilər

Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı