Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
RABİTƏBANKDA KART ƏMƏLİYYATLARI DEPARTAMENTİNƏ YENİ DİREKTOR TƏYİN OLUNDU - BBN

RABİTƏBANKDA KART ƏMƏLİYYATLARI DEPARTAMENTİNƏ YENİ DİREKTOR TƏYİN OLUNDU

22 sentyabr 2025-ci il tarixində Lalə Eminova “Rabitəbank” ASC-nin Kart Əməliyyatları departamentinin direktoru vəzifəsinə təyin olunub.

Lalə Eminova 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Biznesin idarə olunması və menecment” ixtisası üzrə magistr (MBA) dərəcəsi almışdır.

O, öz peşəkar karyerasına 2006-cı ildə “AccessBank” QSC-də mütəxəssis kimi başlamış və 2006-2025-ci illər ərzində həmin bankda  müxtəlif vəzifələrdə çalışaraq Ödəniş Kartları Biznesi departamentinin rəhbəri vəzifəsinə qədər yüksəlmişdir.

Lalə Eminovanın kart biznesinin müxtəlif funksional istiqamətlərində, məhsul inkişafından risklərin idarə edilməsinə, tərəfdaş şəbəkəsinin qurulmasından innovativ həllərin tətbiqinədək topladığı dərin bilik və strateji idarəçilik təcrübəsi, departamentin fəaliyyətinin daha çevik və müştəriyönümlü formalaşmasına zəmin yaradacaq.

Bu təyinat Rabitəbankın rəqəmsal bankçılıq üzrə ambisiyalı hədəflərinə uyğun olaraq, texnologiyaya əsaslanan kart həllərinin genişləndirilməsi, nağdsız ödənişlərin təşviqi və rəqabət qabiliyyətli məhsul portfelinin formalaşdırılması istiqamətində strateji addımlardan biridir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Related posts

AMB-də kibertəhlükəsizlik departamentinin adı dəyişdirildi

Banklar hansı müştərilərə kredit vermir? – Əsas meyarlar açıqlanıb

ABB rekord mənfəət açıqladı, 200 milyon manat dividend planlaşdırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı